Ədliyyə Nazirliyində görüş

Oktyabrın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatı, o cümlədən hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf prosedurlarla seçimi barədə məlumat vermiş, bu tədbirlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirildiyini bildirmişdir. Həmçinin, penitensiar sistemin inkişafı, bu sahədə səmərəli ictimai nəzarətin tətbiqi, yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışılmış, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı qeyd olunmuşdur.

Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən xanım Q.Battaini-Draqoni əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, Ədliyyə Nazirliyinin Avropa Şurası və onun struktur qurumları ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez