18-04-2022 | 13:13 1492
Doktorantura
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Cəmi |
Büdcə hesabına |
|
əyani |
qiyabi |
|||
5611.01 |
Cinayət
hüququ və kriminologiya; cəza-icra hüququ
|
1 |
- |
1 |
5612.01 |
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti
|
1 |
- |
1 |
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali
təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını
müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, cari ilin iyun ayında xarici
dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid
balı toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Dissertantura
İxtisasın şifri
|
Elm sahələri və ixtisaslar
|
Büdcə hesabına |
|
||
5611.01 |
Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ
|
2 |
5612.01 |
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti
|
2 |
Fəlsəfə doktoru proqramı
üzrə dissertanturaya qəbul olunmaq üçün ali təhsil
pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə
edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat
sahəsində müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi
müəssisə və təşkilat olan, azı 2 (iki) il elmi və ya elmi-pedaqoji iş stajına malik, cari ilin
iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində dissertanturaya qəbul
imtahanından keçid balı toplamış elmi və elmi-pedaqoji
kadrlar müraciət edə bilərlər.
Doktorantura
və dissertanturaya
qəbul
üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin
adına);
- kadrların şəxsi-qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap
olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş
ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat;
- ali
təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada
təsdiq olunmuş surətləri (xairici ölkələrdə təhsil almış vətəndaşlar üçün
təhsil sənədinin tanınması barədə Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə
doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyənlər 2022-ci il sentyabrın
1 və 2-də fəlsəfə fənnindən, sentyabrın 9 və 12-də isə ixtisas fənnindən
imtahan verəcəklər.
Doktorantura
və ya dissertanturaya sənədləri təqdim edən şəxslər Azərbaycan Respublikası
Təhsil Nazirliyinin “portal.edu.az” saytına daxil olmalı, orada “Ali və orta ixtisas
təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara
uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Doktorantura
və ya dissertanturaya sənədlərin qəbulu 2022-ci il aprelin 18-dən mayın 18-dək hər gün (şənbə və bazar günləri istisna
olmaqla) saat 10:00-dan 17:00-dək Məhkəmə Ekspertizası Mərkəzində qəbul
ediləcəkdir.
Əlavə
məlumat üçün Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş
şöbəsinə müraciət etmək olar.
Ünvan: Bakı
şəhəri, Xaqani küçəsi 24.
Telefon:
498-72-32
Elektron
ünvan: info@expert.gov.az