Azərbaycan - Moldova: əməkdaşlıq inkişaf edir

Bakıda VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Moldovanın rabitə və informasiya texnologiyaları naziri Pavel Filip noyabrın 6-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Moldova arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir geniş müqavilə bazasına söykənən hüquqi əlaqələri qeyd etmiş, ölkəmizdə aparılan hərtərəfli hüquqi islahatlardan, müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışmış, e-ədliyyənin inkişafı barədə məlumat verərək, bu sahədə xarici dövlətlərin, o cümlədən Moldovanın təcrübəsindən bəhrələnildiyini söyləmişdir.

Ölkəmizə ilk səfərindən böyük məmnunluğunu ifadə edən P.Filip səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu vurğulamış, Bakıda yüksək səviyyədə təşkil olunmuş Forumun əhəmiyyətini qeyd edərək, ölkəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən islahatlar, o cümlədən yeni konseptual strategiyalar barədə məlumat vermiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinə maraq göstərmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərə verəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, habelə korrupsiyanın qarşısının alınmasında İKT-nin tətbiqi, müxtəlif reyestrlərin aparılması və digər məsələlər müzakirə olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez