IMAGE

Ölkəmiz Türkiyə Ali İnzibati Məhkəməsinin yaradılmasının 154-cü ildönümü ilə bağlı tədbirdə təmsil olunur

2022-ci il mayın 10-12-də Türkiyə Respublikasının Ankara şəhərində Türkiyə Respublikası Ali İnzibati Məhkəməsinin (Danıştay) yaradılmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə Türkiyə və bəzi türkdilli dövlətlərdən olan hakimlər və dövlət rəsmiləri, eləcə də hüquqşünas alimlər iştirak edirlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov təmsil edirlər.
Tədbirin ilk günü Xəqani Məmmədov “Azərbaycan Respublikasında inzibati mühakimənin yeri”, Elçin Qasımov isə “Azərbaycan Respublikasının hüquq sisteminin təqdimatı” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbir çərçivəsində inzibati məhkəmələrin fəaliyyəti ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez