08-06-2022 | 14:50 631
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun iyun ayının 3-də videoformatda növbəti iclası keçirilib.
İclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və İşçi qrupunun üzvlərinin iştirakı ediblər.
Tədbirdə Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Mübahisələrin həlli” indikatoru üzrə diaqnostika matrisasının tərtibi və İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə olunub, diaqnostika matrisasının hazırlanması qərara alınıb.