IMAGE

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

Ədliyyə Nazirliyinin kadr korpusunun zəruri peşə keyfiyyətlərinə malik müasir düşüncəli hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti qrup 141 namizədlə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 7-də kompüter vasitəsilə test imtahanı keçirilib.

Test imtahanında iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Namizədlərin yarıdan çoxu regionların, digər qismi isə ölkəmizin bölgələrində işləmək istəyən paytaxt sakinləridir, əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyən gənclər və hər üç nəfərdən biri qadınlardır.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanının gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə 70 nəfər müvəffəqiyyət qazanıb. Siyahı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Namizədlər üçün söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları təşkil olunur (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Eyni zamanda bildirilir ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən davamlı müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Xatırladırıq ki, namizədin yalnız elektron ərizə ilə müraciət etməsi kifayətdir (www.exidmet.justice.gov.az). Ərizələr poçt vasitəsilə də göndərilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1).

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 7 iyul 2022-ci il tarixdə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış
namizədlərin siyahısı

Soyadı , adı , atasının adı

1.

Abbasova Rəmziyə İsmayıl qızı

2.

Abbasova Zeynəb Eyvaz qızı

3.

Abdullayev Abdulla Camal oğlu

4.

Ağakişiyeva Zülfiyyə Elxan qızı

5.

Ağayev Fuad Rəfi oğlu

6.

Ağayeva Bəsti Əmirulla qızı

7.

Aslanova Qönçə Malik qızı

8.

Babayev Cəmil Əbülfəz oğlu

9.

Bağırov Bağır Vaqif oğlu

10.

Bayramlı Elgiz Pərviz oğlu

11.

Cəfərli Hikmət Əkbər oğlu

12.

Cəlilova Nuridə Əli qızı

13.

Dadaşova Könül Vasif qızı

14.

Dəmirov Eyyub Teyyub oğlu

15.

Əhmədova Ramilə Cavanşir qızı

16.

Əkbərzadə Mütalib Bayram oğlu

17.

Əliyev İlham Seyfəddin oğlu

18.

Əmrahov Xeybər Əflatun oğlu

19.

Ərşadlı Urşan Natiq oğlu

20.

Əsgərov Ehtiram Çingiz oğlu

21.

Əzizov Sahib Rza oğlu

22.

Feyzullazadə Əli Elşən oğlu

23.

Hacıyev Elmar Rafiq oğlu

24.

Hacıyev Zülfüqar Alı oğlu

25.

Heydərli Şaiq Abisalam oğlu

26.

Həmidov Asif Qardaşxan oğlu

27.

Həsənova Səfa Əbülfəz qızı

28.

Hümbətova Validə Hafiz qızı

29.

Hüseynli Nərgiz Mövsüm qızı

30.

İbrahimova Şəfiqə İbrahim qızı

31.

İsrəfilov Nicat Hafiz oğlu

32.

Kazımlı Mətin Rövşən oğlu

33.

Kərimov Sabir Əlikram oğlu

34.

Qasımova Şəbnəm Şərafət qızı

35.

Qəhrəmanov Niyazi Rəşid oğlu

36.

Quliyev Etibar Dilqəm oğlu

37.

Qüdrətli Natəvan Vaqif qızı

38.

Mahmudov Nicat Faiq oğlu

39.

Mansurov Elvin Vidadi oğlu

40.

Məlikov Orxan Hüsaməddin oğlu

41.

Məlikova Aynur Müşfiq qızı

42.

Məmmədov Hacıbaba Sahib oğlu

43.

Məmmədov Samir Gürşad oğlu

44.

Məmmədova Sevil Vahid qızı

45.

Mikayılov Tural Nizami oğlu

46.

Mikayılzadə Lalə Səfər qızı

47.

Mirzəyev İlknur Tacəddin oğlu

48.

Mirzəyev Namik Məmmədyar oğlu

49.

Mirzəyev Pərvin Əbil oğlu

50.

Musalı Hüseyn Hicran oğlu

51.

Mustafayev Neymət Əlisəfa oğlu

52.

Nəcəfov Mərdəli Ziyatxan oğlu

53.

Nuriyev Hikmət Müslüm oğlu

54.

Nuruyeva Gülnar Əhməd qızı

55.

Ömərova Günel Əjdər qızı

56.

Rüstəmli Güllüzar Novruz qızı

57.

Rüstəmli Nurani Mədəd oğlu

58.

Sadıqova Ülviyyə Rəhman qızı

59.

Səmədov Əlibala Rafiq oğlu

60.

Səmədov Rəşad Abusəməd oğlu

61.

Süleymanlı Nərgiz Natiq qızı

62.

Şəldiyev Mikayıl Nəsimi oğlu

63.

Şəmsiyeva Kəmalə Azad qızı

64.

Şükürzadə Nazir Əzizulla oğlu

65.

Yusifova Aysel Aydın qızı

66.

Yusifova Zibəndə Natiq qızı

67.

Yüzbaşıyev Ramil Vahid oğlu

68.

Zamanova Günel Fariz qızı

69.

Zeynalov Həsən Elçin oğlu

70.

Zəkəriyyəyeva Ziba Pərviz qızı

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez