IMAGE

Zəngilan rayonunun Ağalı kəndində səyyar ədliyyə xidmətləri təşkil edilmişdir

Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir.

Tarixi torpaqlarımızda layiqli yaşayışın bərpasına yönəlmiş nəhəng quruculuq işləri, o cümlədən regionda davamlı təhlükəsizliyin və asayişin təmin edilməsi üçün aparılan minatəmizləmə əməliyyatlarına cəlb olunan xeyli sayda işçilərin hazırda bu ərazilərdə çalışması, eyni zamanda Böyük Qayıdışın ilkin mərhələsi kimi əhalinin Şərgi Zəngəzura köçürülməsi, burada müasir infrastrukturla yanaşı rahat həyat tərzi və dövlət xidmətlərinə əlçantanlığı şərtləndirir.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu yaxınlarda Şuşa şəhərində keçirilmiş məhkəmə-hüquq islahatlarının mütərrəqi nəticələrinə dair konfransda ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, o cümlədən bu sahədə xidmətlərin əlçatanlığının təmin olunması ilə bağlı vəzifələr müzakirə olunmuş, tədbirlər müəyyən edilmişdir.

Nazirlik tərəfindən ədliyyə və məhkəmə xidmətlərinin elektronlaşdırılması, o cümlədən mobil tətbiqlər üzərindən göstərilməsi məsələlərinə daim xüsusi önəm verilir.

İctimai tələbatlığı ilə seçilən “Mobil notariat” tətbiqi vasitəsi ilə son dövrdə aparılmış yüzlərlə notariat hərəkəti məhz həmin ərazilərdən müraciət edən vətəndaşları əhatə etmişdir.

“Smart city/Smart village” konsepsiyasına uyğun olaraq yenidən salınmış Zəngilan rayonunun Ağalı kəndində də müasir xidmətlərin təşkili nazirliyinin diqqət mərkəzindədir.

Bu gün ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstərmişlər.

Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.

Vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunan xidmətlər əhalinin ehtiyaclarından irəli gələrək onların gündəlik həyatlarında zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat əməliyyatlarını əhatə edir.

Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin hüquqi maarifləndirilmə işi aparılmaqla müasir xidmət üsulları barədə vətəndaşlara məlumatlar verilib, onları maraqlandıran məsələlər üzrə zəruri hüquqi yardım göstərilib, xidmət prosedurları və bu sahədə tətbiq elektron resurslar və innovativ həllər haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Ədliyyə xidmətlərinən heç bir yerə getmədən və sənəd toplamadan yararlanması imkanları Zəngilan rayonunun Ağalı kənd sakinləri arasında böyük rəğbətlə qarşılanmışdır.

Bu növ fəaliyyətin həmçinin “ASAN xidmət” çərçivəsində göstərilməsi də nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez