09-09-2022 | 11:05 430
Prosedur Qanunun 50-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. Kotirovka iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına daxil olsunlar və kotirovka haqqında ətraflı məlumatı əldə etsinlər.
Kotirovka sorğusu prosedurunda iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını etender.gov.az saytında “ASAN ÖDƏNİŞ” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Kotirovka sorğusu şərtlərini portal vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini elektron qaydada təqdim edə bilərlər.
İştirak haqqı - 100 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır
Əlaqələndirici şəxs: Sevda Eyvazova-baş məsləhətçi
Əlaqə telefonu: 492-62-35
İştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Portal vasitəsilə təqdim etməlidirlər:
- kotirovka sorğusu prosedurunda iştirak etmək üçün ərizə;
- kotirovka sorğusu prosedurunda iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- kotirovka təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müvafiq mallar üzrə uyğunluq sertifikatı;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan kotirovka təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq vahid internet portalı ( www.etender.gov.az) vasitəsi ilə elektron qaydada keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusu ilə bağlı sualları vahid internet portalında nəzərdə tutulmuş müvafiq bölmədə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar kotirovka sorğusu prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən hüquqi sənədləri kotirovka sorğusunun təklifi ilə birlikdə 26.09.2022-ci il saat 17:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 27.09.2022-ci il tarixdə saat 09:00-da portal vasitəsi ilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Kotirovka sorğusunda iştirak, təkliflərin qiymətləndirilməsi, yazışmalar, sual-cavablar və digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
Tender Komissiyası