Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, onların korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşması sahəsində maarfiləndirilməsi üçün cari ilin sentyabr ayında kurslar davam etdirilib.

Bu məqsədlə regional ədliyyə idarələrinin də imkanlarından istifadə etməklə ümumilikdə 100-dən çox bələdiyyə üzv və qulluqçularının (İmişli, Xaçmaz və Lənkəran regional ədliyyə idarələrinin yurisdiksiyasına daxil olan bələdiyyələr üzrə) iştirakı ilə distant formada təşkil edilmiş kurslarda korrupsiya hüquq pozuntuları, korrupsiya hüquq pozuntularının subyektləri, bu pozuntuların törədilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, bələdiyyə üzv və qulluqçularının etik davranış qaydaları və digər məsələlər barədə geniş məlumat verilib və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez