IMAGE

Ədliyyə Akademiyasının rektoru beynəlxalq konfransda iştirak edib

Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Təkmilləşdirmə Mərkəzində “Hüquq kadrlarının davamlı peşəkar inkişafı sisteminin müasir və səmərəli mexanizmləri: milli və xarici təcrübə” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd 2022-2026-cı illər üçün Yeni Özbəkistanın İnkişaf Strategiyasına, həmçinin xarici ölkələrin araşdırmalarına əsaslanaraq hüquqi kadrların davamlı peşəkar inkişafı sahəsində həyata keçirilən sistemli islahatları beynəlxalq ictimaiyyətə çatdırmaq, bu istiqamətdə təcrübə toplamaq, hüquqi kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasartırma sisteminin inkişaf etdirilməsini əsaslı şəkildə nəzərdən keçirmək və perspektivlərini müəyyən etməkdir.

Tədbirdə ABŞ, Almaniya, Azərbaycan, Sloveniya, Yaponiyadan olan xarici ekspertlər, Özbəkistanın 50-yə yaxın nazirlik, idarə və təşkilatlarının, o cümlədən Ədliyyə Nazirliyinin və məhkəmə-hüquq sahəsinin milli qurumlarının nümayəndələri, respublikanın aparıcı alimləri, ali hüquqi təhsil müəsissələrindən professor və müəllimlər, doktorantlar və müstəqil tədqiqatçılar iştirak ediblər.

Konfransda hüquq kadrlarının davamlı peşəkar inkişafı, hüquq elminin və hüquq-mühafizə təcrübəsinin aktual məsələləri, hüquq təhsilində yeniliklər, məhkəmələrin, prokurorların və ədliyyə orqanlarının fəaliyyəti, beynəlxalq hüquq, insan hüquqları, korrupsiya ilə mübarizə və digər aktual mövzular müzakirə olunub.

Çıxış edən ölkəmizin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev akademiyanın fəaliyyəti, müxtəlif kateqoriyadan olan hüquqşünas-dinləyicilərin hazırlanması və ixtisasının artırılmasında rolunu qeyd edib, hüquq elminin müxtəlif sahələri üzrə fundamental, eksperimental və tətbiqi elmi araşdırmaların aparılması barədə məlumat verib. Bildirib ki, geniş dinləyici auditoriyasına malik olan Ədliyyə Akademiyası tərəfindən müasir İKT imkanlarından istifadə olunmaqla təkcə 2021-ci il ərzində 7.000-ə yaxın şəxs üçün müxtəlif mövzularda kurslar təşkil edilib.

Tədbirdə iştirak edən digər dövlətlərin nümayəndələri çıxışlar edərək öz ölkələrinin təcrübələri ilə bölüşüblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez