IMAGE

Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş doğma torpaqlarımız nəhəng quruculuq işləri aparılaraq yenidən dirçəlir. Bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.

Qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat, enerji, sosial infrastrukturları, tarixi, dini və mədəni abidələrimiz bərpa olunub, Böyük Qayıdışın təzahürü olaraq Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” istifadəyə verilərək soydaşlarımız öz dədə-baba yurdlarına dönüblər.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq daimi məskunlaşmanın təmin olunması məqsədi ilə həmin ərazilərdə Ədliyyə Nazirliyi tərəfindən innovativ metodlar əsasında hüquqi xidmətlərin göstərilməsi imkanlarının yaradılması daim diqqətdə saxlanılır. Artıq Ağalı kənd sakinləri bu xidmətlərdən bəhrələniblər.

Davam edən tədbirlər çərçivəsində oktyabrın 10-11-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərində səyyar ədliyyə xidmətləri təşkil olunub.

Şuşada bərpa-quruculuq və minatəmizləmə prosesinə cəlb olunan mütəxəssislər, habelə tibb işçiləri nazirliyin elektron resursları tətbiq edilməklə notariat hərəkətləri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı xidmətlərindən faydalanıblar. Onlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətləri barədə məlumatlar təqdim olunub, müvafiq bukletlər paylanılıb, maraqlandırılan suallar cavablandırılıb.

Ədliyyə işçiləri tərəfindən vətəndaşların məmnunluqla qarşıladığı səyyar xidmətlər azad edilmiş ərazilərimizdə davam etdiriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez