13-10-2022 | 18:35 527
ADA Universitetində “mobil E-qanun” tətbiqinin və ədliyyə sahəsində digər innovasiyaların təqdimatı keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər şəxsləri, Universitetin Hüquqşünaslıq fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Təqdimat zamanı Ədliyyə Nazirliyi tərəfindən dövlət başçısının tapşırıqlarına uyğun olaraq müasir texnologiyalar və rəqəmsal innovasiyalar tətbiq olunmaqla əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətləri barədə məlumatlar verilib.
On minlərlə normativ hüquqi aktları özündə ehtiva edən və daim yenilənən “Hüquqi aktların vahid elektron bazası”nın (E-qanun.az) və onun mobil versiyasının mahiyyəti və əhəmiyyəti tələbələrə aşılanıb, funksional imkanları nümayiş etdirilib.
Eyni zamanda, “Mobil notariat” və “Elektron məhkəmə” informasiya sistemləri barədə təqdimatlar edilərək bu innovativ resursların ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığın asanlaşdırılmasına, insanların rahatlığına xidmət etdiyi bildirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.