Ədliyyə naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 28-də Mingəçevir şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (099) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez