01-11-2022 | 11:30 685
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 3-də Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçiriləcəkdir.
Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 17; əlaqə telefonu: (023) 325-18-88, (055) 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.