26-10-2022 | 17:26 1993
Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi üçün müxtəlif növ
dəftərxana malların və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə hədiyyələrin satınalınması ilə əlaqədar
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender iştirakçıları https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. 100 (bir yüz) manat məbləğində iştirak haqqını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarına uyğun olaraq“ “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas Şərtlər Toplusu”-nu (bundan sonra ƏŞT) elektron qaydada Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əslini skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər.
Təşkilati və hüquqi sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
2. Rekvizitlər;
3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
5. İddiaçının son bir ildəki (2021-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
İxtisas göstəricilərinə dair sənədlər:
1. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
2. İddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
3. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat;
4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
5. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
6. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
1.Tender təklifi;
- tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir.
2.Tender təklifinin təminatı;
- tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır), vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün təşkilati-hüquqi və ixtisas uyğunluğuna dair sənədlər (tender təklifi və bank təminatı istisna olmaqla) (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 18.10.2022-ci il saat 15:00–a qədər, tender təklifi və bank təminatını isə 21.11.2022-ci- il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 22.11.2022-ci il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin
Tender komissiyası