Respublikanın bəzi qeydiyyat şöbələrinin və dövlət notariat ofislərinin inzibati binalarında yanğın siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı müxtəlif kabellərin və xətlərin çəkilişi işlərinin görülməsinə dair

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Qeydiyyat və notariat baş idarəsi

Respublikanın bəzi qeydiyyat şöbələrinin və dövlət notariat ofislərinin inzibati binalarında yanğın siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı müxtəlif kabellərin və xətlərin çəkilişi işlərinin görülməsinə dair

Elektron satınalma elan edir

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə  və texniki imkanlara malik olmalıdırlar.

Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satın almalarının vahid internet Portalına (Portal) elektron imzaları ya asan imzaları vasitəsilə daxil olaraq 100 (bir yüz) manat məbləğində iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə  həmin Portalın operatoruna ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas Şərtlər Toplusu”nu (bundan sonra ƏŞT) Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər:

 

Təşkilati və hüquqi sənədlər:

İddiaçının tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;

    İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə), nizamnaməsinin (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).

 

Bank rekvizitləri;

    Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

     Arayış vergi orqanları tərəfindən 01.10.2022-ci il tarixdən sonra təqdim olunmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). Sənədin əsli  PDF formatda Portala əlavə edilməlidir.

 

İddiaçının son bir ildəki (2021-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

     Maliyyə hesabatı vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi 01.10.2022-ci il tarixindən sonrakı tarix olmalıdır. Maliyyə hesabatını müşayiət edən, vergi orqanları tərəfindən təsdiq edilmiş məktubun əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;

   Müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi tender elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

İxtisas göstəricilərinə dair sənədlər:

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Əmr və ya təsisçilərin yığıncağının qərarı və s. sənədlərin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

İddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə aid edilməsinə dair arayış;

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari

 tarixə qüvvədə olan arayışın əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat;

- Anoloji sahədə ən azı 3 (üç) il iş təcrübəsinin olması və yaxud davam etdirilməsi vasib hesab edilir. Bağladığı müqavilələr, davam etdirilən layihələr və tövsiyyə məktubları.

       (ƏŞT-a Əlavə 3, cədvəl 1).

- İşçilər (mütəxəssislər) haqqında məlumat (ƏŞT-a Əlavə 2, cədvəl 1, “D” bəndi).

      - Maddi-texniki bazası (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi, və s) və əsas

vəsaitləri (dövriyyəsi, aktivləri) (ƏŞT-a Əlavə 2 cədvəl 1, “A” “B” və “C” bəndləri).

     Qiymətləndirmə üçün malğöndərən tərəfdən təqdim ediləcək ixtisas göstəriciləri ilə bağlı formalara dair məlumatlar arayış formasında iddiaçılar tərəfindən doldurulmalı, rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir;

 

      Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən rəsmi blankda 01.10.2022-ci il tarixdən sonra təqdim edilən  məhkumluğun olmaması barədə arayışın əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

 

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;

- Müvafiq orqan (Dövlət Vergi Xidməti və ya Ədliyyə Nazirliyin İcra və Probasiya şöbələri) tərəfindən rəsmi blankda 01.10.2022-ci il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. Sənəd PDF formatda Portala əlavə edilməlidir.

 

 

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- Müvafiq orqan tərəfindən verilmiş lisenziyanın və ya icazənin əslinin notariat qaydasında təsdiq olunmuş sürəti. Sənəd PDF formatda Portala əlavə edilməlidir.

 

● Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- Müvafiq orqan (Dövlət Vergi Xidməti) tərəfindən rəsmi blankda 01.10.2022-ci il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. Sənəd PDF formatda Portala əlavə edilməlidir.

 

1. Tender təklifi;

- Tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə qiymətlər yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı tender təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir.

 

2. Tender təklifinin təminatı;

- Tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

● Tender təklifinə dair şərhlər:

- Çəkiliş işləri zamanı qarşıya çıxan qüsurlar iddiaçı tərəfindən icra olunur.

- Çəkiliş işlərinin təhvil-təslim aktları üzrə işlərin keyfiyyəti sifarişçi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir.

Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 18.11.2022-ci il saat 10:00–a qədər, tender          təklifi və bank təminatını isə 28.11.2022-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

 

İddiaçıların təklifləri 29.11.2022-ci il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.

 

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

 

                                              Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin

                                              Tender komissiyası

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez