10-11-2022 | 17:50 2677
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur.
Nazirliyin bölgələrdə yerləşən qurumları üzrə test imtahanından uğur qazanmış namizədlərlə müsabiqənin ikinci mərhələsində cari ilin avqust-oktyabr aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.
Bu mərhələdə iştirak etmiş 61 namizəddən 30 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların noyabr ayının 14-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.
İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:
1. |
Abbasova Rəmziyə İsmayıl qızı |
2. |
Ağakişiyeva Zülfiyyə Elxan qızı |
3. |
Aslanova Qönçə Malik qızı |
4. |
Cavadova Şəlalə Bəhruz qızı |
5. |
Dəmirov Eyyub Teyyub oğlu |
6. |
Əkbərzadə Mütalib Bayram oğlu |
7. |
Əliyev İlham Seyfəddin oğlu |
8. |
Heydərli Şaiq Abisalam oğlu |
9. |
Həmidov Asif Qardaşxan oğlu |
10. |
Həsənova Səfa Əbülfəz qızı |
11. |
Hümbətova Validə Hafiz qızı |
12. |
İbrahimova Şəfiqə İbrahim qızı |
13. |
İsrəfilov Nicat Hafiz oğlu |
14. |
Kərimov Sabir Əlikram oğlu |
15. |
Mahmudov Nicat Faiq oğlu |
16. |
Mansurov Elvin Vidadi oğlu |
17. |
Məlikov Orxan Hüsaməddin oğlu |
18. |
Məlikova Aynur Müşfiq qızı |
19. |
Məmmədov Hacıbaba Sahib oğlu |
20. |
Mikayılzadə Lalə Səfər qızı |
21. |
Mirzəyev Pərvin Əbil oğlu |
22. |
Musalı Hüseyn Hicran oğlu |
23. |
Mustafayev Neymət Əlisəfa oğlu |
24. |
Rüstəmli Güllüzar Novruz qızı |
25. |
Sadıqova Ülviyyə Rəhman qızı |
26. |
Səmədov Əlibala Rafiq oğlu |
27. |
Şəldiyev Mikayıl Nəsimi oğlu |
28. |
Yusifova Aysel Aydın qızı |
29. |
Zamanova Günel Fariz qızı |
30. |
Zeynalov Həsən Elçin oğlu |
Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.
Ətraflı məlumatı Nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).