IMAGE

Bakı şəhər Probasiya İdarəsində yetkinlik yaşına çatmayanlarla görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilib.

Aylıq çərçivəsində Ədliyyə Nazirliyinin və “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin qarşılıqlı fəaliyyətinin davamı olaraq Bakı Şəhər Probasiya İdarəsində yetkinlik yaşına çatmayanlar və onların validyenləri ilə görüş keçirilib.

Tədbirdə nazirliyin aidiyyəti məsul şəxsləri, Dövlət Məşğulluq Agentliyinin və İctimai Birliyin nümayəndələri iştirak ediblər.

Vətən müharibəsində qazanılmış parlaq zəfərimizin ikinci ildönümünü ərəfəsinə təsadüf edən görüşdə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yetkinlik yaşına çatmayan məhkumlarla vətənpərvərlik ruhunda söhbətlər aparılıb.

Eyni zamanda məhkumların peşə yönümlü ixtisaslara yönləndirilməsi, onlar tərəfindən törədilə biləcək hüquq pozuntularının və cinayətlərin, habelə narkomanlığın gənclər arasında yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici çıxışlar edilib, “Təhsil hüququnun təmin edilməsi, peşə hazırlığı və əmək bazarına inteqrasiya” mövzusunda təqdimat keçirilib.

Yuvenal ədliyyə sistemində sosial xidmətlərin təşkili və yetkinlik yaşına çatmayanlar üçün təxirəsalınmaz xidmətlərin göstərilməsinin vacibliyindən danışılıb, onlar haqqında keyslərin müzakirəsi, məhkumlarla sosial-psixoloji reabilitasiya və reinteqrasiya istiqamətində görülən işlər və s. müzakirə olunub.

Həmçinin, qanun pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayanlara hüquqi yardım və sosial-psixoloji dəstəyin göstərilməsi ilə bağlı qarşılıqlı fəaliyyətinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez