IMAGE

Ədliyyə Akademiyasında “Qanunvericilik texnikası” kursunun açılışı olub

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli sosial-iqtisadi islahatlar dövründə yeni hüquqi tənzimləməni təmin edən normayaratma prosesinin əhəmiyyətinin artırılması, dövlət orqanlarının bu sahədəki fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, sənədlərin razılaşdırılması və onlara dair rəy və təkliflərin verilməsi işinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bununla əlaqədar Ədliyyə Akademiyasında “Qanunvericilik texnikası”, “Normativ hüquqi aktların şərhi” adlı yeni kursların keçirilməsi nəzərdə tutulur.

Noyabrın 10-da “Qanunvericilik texnikası” kursunun açılışı olub.

Tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərin, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin normayaratma fəaliyyəti ilə məşğul olan 25 hüquqşünası iştirak edib.

Mühazirəçi qismində çıxış edən hüquq üzrə fəlsəfə doktoru Səfa Mirzəyev kursun mövzusu, məzmunu və strukturu, hüquq təhsili sistemində qanunvericilik texnikasının yeri və öyrənilməsinin məqsədi, vəzifələri və metodologiyası barədə məlumat verib.

Müdavimlər kursun proqramına uyğun olaraq mühazirə dinləyib, onlara Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevin müəllifliyi ilə dərc edilmiş dərs vəsaitləri barədə məlumat verilib. Bildirilib ki, həmin vəsaitlərlə akademiyanın kitabxanasında tanış olmaq mümkündür.

Qeyd olunan kurslar Ədliyyə Akademiyasında mütəmadi keçiriləcəkdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez