Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Gürcüstana səfəri
çərçivəsində dekabrın 1-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli
Liderin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil
qoyub, xatirəsi dərin ehtiramla yad olunub.
Nazir, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi
bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə
önünə əklil qoyub.