Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, cəmiyyətimizin həssas qrupu olan qadınların hüquq bərabərliyinin, uşaqların sağlam mühitdə inkişafına müsbət təsir göstərir. Bu istiqamətdə həmçinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən tədbirlər çərçivəsində dövlət gənclər siyasətinə uyğun olaraq gənclər arasında ailənin və nikahın əhəmiyyətinə, onun qorunması və möhkəmləndirilməsinə xüsusi önəm verilir. Bu məqsədlə respublika Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixi Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” qəbul olunaraq aidiyyəti qurumlarla birgə mütəmadi maarifləndirici tədbirlər keçirilir.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 11 ayı ərzində əhali arasında erkən nikah mövzusuna həsr edilmiş 96 maarifləndirmə tədbiri həyata keçirilib, həmçinin nikaha daxil olmaq üçün müraciət etmiş 224 erkən nikah yaşında olan (18 yaşadək) gənc erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mümkün ola biləcək mənfi təsiri barədə məlumatlandırılıb.

Eyni zamanda qan qohumları arasında bağlanan nikahın tibbi fəsadları barədə məlumatları özündə ehtiva edən “Qan qohumları arasında nikah və onun fəsadları” adlı maarifləndirici buklet hazırlanmışdır.

Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez