06-01-2023 | 19:00 938
Cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara, xüsusilə qayğıya ehtiyacı olanlara dövlətimiz tərəfindən daim böyük diqqət göstərilir, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli inkişafı ilə bağlı mühüm addımlar atılır. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür.
Ədliyyə Nazirliyi tərəfindən nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının xətti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.
Ədliyyə işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində olub, uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan tədbirlərdə uşaqların ifasında mahnı və şerlər dinlənilib, onlara hədiyyələr təqdim edilib.