27-01-2023 | 21:40 521
Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayaraq bildirib ki, Tehranda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 27 yanvar 2023-cü il tarixdə ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyir və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edir.
Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib.
Ümidvarlığını bildirib ki, İranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcəkdir.