IMAGE

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat turniri

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ədliyyə Nazirliyi tərəfindən paytaxtda və bölgələrdə konfranslar, görüşlər, açıq qapı günləri, idman və intellektual yarışlar təşkil olunur.

“Heydər Əliyev İli” çərçivəsində Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə dahi öndərin əziz xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Gəncə Şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində təşkil olunmuş turnirdə regionda fəaliyyət göstərən ədliyyə işçiləri, hakimlər və məhkəmə aparatının əməkdaşları iştirak ediblər. Gəncə Apelyasiya Məhkəməsinin hakimi yarışın qalibi olub.

Yekunda turnirin qalibi və iştirakçıları müvafiq diplomlarla təltif edilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez