Ədliyyə Nazirliyində görüş

Dekabrın 20-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə ikitərəfli əlaqələrin səmərəliliyi vurğulanmış, ölkəmizdə insan hüquqlarının təmin olunmasına xidmət edən islahatlardan, o cümlədən penitensiar sistemin inkişafı, məhkumların hüquqlarının genişləndirilməsi, saxlanma şəraitinin və tibbi yardımın xeyli yaxşılaşdırılması üzrə görülmüş işlərdən danışılmış, bu sahədə həyata keçirilən tədbirlərdə CPT-nin tövsiyələrinin və qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunmuşdur.

Komitə nümayəndələri Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə etmiş, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" yeni qanunun qəbul olunmasını çox mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirmiş, monitorinqlər zamanı penitensiar müəssisələrdə CPT tövsiyələrinin icrasının şahidi olduqlarını və narahatlıq doğura bilən problemlərin olmadığını qeyd etmiş, səfərin nəticələri barədə məlumat vermişlər.

Müzakirələr zamanı qanunvericiliyin səmərəli tətbiqi, işgəncələrə qarşı tədris və s. məsələlərə toxunulmuş, qonaqları maraqlandıran suallara aydınlıq gətirilmiş, faydalı və ətraflı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez