IMAGE

Ədliyyə Akademiyasında “Heydər Əliyev Azərbaycan Respublikasının dövlət və hüquq quruculuğunun banisidir” mövzusunda tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində yanvarın 24-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında gənc ədliyyə işçiləri ilə “Heydər Əliyev Azərbaycan Respublikasının dövlət və hüquq quruculuğunun banisidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, nazirliyin İnsan resursları baş idarəsinin rəisi Rauf Məhərrəmov və İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış ediblər.

Bildirilib ki, xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etmiş, hüquqi dövlətin təməli qoymuşdur. Ümummilli Lider daima öz xalqının gələcəyi haqqında düşünərək onun işıqlı sabahı naminə titanik fəaliyyət göstərmiş, zəngin irs yaratmışdır.

Dahi rəhbərin əsasını qoyduğu dövlət gənclər, qadın siyasətinin ayrı-ayrı məqamlarından, Ulu Öndərin Azərbaycan gəncliyinə, qadınına qayğılı münasibətindən bəhs edilib, ictimai-siyasi həyatın bütün sahələrində onların fəallığı xüsusi qeyd olunub.

Tədbirdə Heydər Əliyevin müstəqil dövlətimizin qanunvericilik sisteminin əsasının qoyulmasında, ilk milli Konstitusiyamızın layihəsinin işlənib hazırlanmasında misilsiz rolu barədə danışılıb. Vurğulanıb ki, Ümummilli Liderin hər kəsə örnək olan çoxşaxəli irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir.

Çıxışlarda Ulu Öndərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində hərtərəfli inkişafı qeyd edilib, Azərbaycan xalqının Heydər Əliyev siyasi kursunu davam etdirməklə dövlət başçısının rəhbərliyi ilə bundan sonra da möhtəşəm nailiyyətlər qazanacağına əminlik ifadə olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez