Ədliyyə naziri Türkiyənin ədliyyə nazirinə başsağlığı göndərib

Ədliyyə naziri Fikrət Məmmədov Türkiyədə baş vermiş güclü zəlzələnin acı nəticələri ilə bağlı qardaş ölkənin ədliyyə naziri Bekir Bozdağa başsağlığı məktubu göndərib.

Məktubda dost və qardaş Türkiyə Respublikasının Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının, eyni zamanda dağıntıların çox kədərlə qarşılandığı ifadə olunub.

Nazir faciə nəticəsində ailələrini və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib, xəsarət alanlara şəfa arzulayıb.

Bildirib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır və zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına inanaraq, bu fəlakətlə bağlı hər cür yardım göstərməyə hazırdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez