IMAGE

“Heydər Əliyev ili” ilə bağlı bələdiyyə üzvləri ilə maarifləndirici tədbir keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Sərəncamının icrasından irəli gələn vəzifələrə dair Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri ilə fevralın 3-də hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə dövlət başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamının mahiyyəti diqqətə çatdırılaraq cari ildə Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq silsilə tədbirlərin keçirildiyi bildirilib.

Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir bənzərsiz şəxsiyyətin titanik fəaliyyəti, demokratik hüquqi dövlətin qurulması, milli və mənəvi dəyərlərimizin qorunub saxlanması ilə bağlı və digər misilsiz xidmətlərindən bəhs olunub. Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızın hazırlanmasında və qəbul edilməsində bilavasitə rolu vurğulanıb.

Demokratiyanın uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun ölkəmizdə yaradılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusilə qeyd olunub.

Tədbirdə dahi şəxsiyyət Heydər Əliyev irsinin yerli əhali, xüsusilə gənclər arasında geniş təbliği və s. ilə bağlı bələdiyyələrə müvafiq tövsiyələr verilib.

Həmçinin, digər məsələlər üzrə ətraflı müzakirələr aparılıb, iştirakçılarının sualları cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez