IMAGE

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib

Fevralın 15-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Yevlax rayonunda bölgə vətəndaşlarının qəbulu keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Mingəçevir şəhəri, Yevlax, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşılaraq qayğıları ilə maraqlanılıb.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti tanış olub, rayon məhkəməsinə baş çəkib, ədliyyə işçiləri və hakimlərlə görüş keçirib.

Nazir dövlət başçısının elan etdiyi 2023-cü il “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən bəhs edib, əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarını, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə respublikamızın hərtərəfli inkişafına uyğun həyata keçirilən tədbirləri qeyd edib.

Tədbirdə işin səmərəliliyinin artırılması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez