IMAGE

Ədliyyə Akademiyasında görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 100 illiyinə həsr olunan tədbir keçirilib

2023-cü ildə Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanaraq respublikamızda çoxşaxəli tədbirlər həyata keçirilir.

Fevralın 10-da Ədliyyə Akademiyasında "Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri" mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Ədliyyə Nazirliyi Tibb baş idarəsinin və Ədliyyə Akademiyasının məsul işçiləri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təmsilçiləri, ədliyyə könüllüləri və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tələbələri iştirak ediblər.

Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin peşəkarlığının artırılmasında əvəzsiz rolunu vurğulayıb. Mərkəzin fəaliyyəti barədə geniş təqdimat nümayiş etdirilib.

Nazirliyin Tibb baş idarəsi Hərbi həkim komissiyasının həkim-oftalmoloqu Nərgiz Əfəndiyeva akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında xidmətlərindən, göz xəstəliklərinin aşkarlanması, müayinə-müalicə və diaqnostikası ilə bağlı sanballı tədqiqatlarından danışıb.

Tədbirdə Zərifə Əliyevanın həkim kimi fədakarlığı, yüksək insani keyfiyyətləri, səmimiliyi və humanistliyi, insanlara və onların problemlərinə diqqət və qayğısı qeyd olunub, görkəmli alimin ömür yolunun bugünkü və gələcək nəsillər üçün parlaq nümunə olduğu bildirilib.

iacca
iap
business ready
eplc
Ən Tez