Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir.

Kollegiyada ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, son illər davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, dövlətimizin beynəlxalq imicinin xeyli yüksəlməsi və ölkəmizin tarixi qələbələrə imza atması vurğulanmış, dövlət başçısının elə həmin gün təsdiq etdiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu mühüm sənəddən irəli gələn ədliyyənin fəaliyyət istiqamətlərinə uyğun vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır.

İclasda ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, təltif olunmuş ədliyyə işçilərinə nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir. Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, ədliyyənin inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Kollegiyada ölkə başçısının «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» 26 dekabr 2012-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, o cümlədən hadisələrin baş vermə səbəb və şəraitinin təhlil olunub aradan qaldırılması, bu sahədə məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması, qanunun tələblərini pozan ekspertlərin ciddi intizam məsuliyyətinə cəlb olunması üzrə və s. tədbirlər müzakirə olunaraq, konkret və qəti tapşırıqlar verilmişdir.

Eyni zamanda, humanizm ideyalarına daim sadiq qalan dövlət başçısı tərəfindən dekabrın 26-da imzalanmış və 87 nəfərə şamil olunmuş əfv Sərəncamının nazirlik tərəfindən təxirəsalınmadan mütəşəkkil icrası barədə məruzə olunmuşdur. Bildirilmişdir ki, ombudsmanın, millət vəkillərinin, Əfv Komissiyası, İctimai Komitə üzvlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş bu növbəti humanist aktı əfv edilmiş şəxslər və yaxın qohumları yüksək qiymətləndirərək dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmişlər. Ümumilikdə isə əfv institutunun səmərəli tətbiqi nəticəsində qəbul olunmuş bu kimi aktlar 5500-dən çox nəfəri əhatə etmişdir.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Milli aradan qaldırılması, metodiki yardımın təsirliliyinin yüksəldilməsi üzrə və digər müvafiq tapşırıqlar verilmişdir.

Bununla yanaşı, nazirliyin fəaliyyətini tənzimləyən, o cümlədən təqsirləndirilən şəxslərin və məhkumların təhlükəsiz daşınması ilə bağlı bir sıra normativ-hüquqi aktlarının təkmilləşdirilməsi məsələləri müzakirə olunmuş, habelə kadr potensialının gücləndirilməsi və yeni nəsil ədliyyə işçilərinin hazırlanmasına dair əlavə tədbirlər müəyyən olunmuşdur.

İclasda həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez