IMAGE

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodoloji yardım və bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə müəssisələrinin yaradılması və dayanıqlı inkişafının əhəmiyyəti, o cümlədən yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər barədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mövzulara dair Bakı şəhəri üzrə bələdiyyə üzv və qulluqçuları üçün cari ilin fevral ayının 23-də onlayn formatda seminar keçirilib.

Tədbirdə yerli iqtisadiyyatın dinamik yüksəlişinə təkan verən bələdiyyə sahibkarlığının inkişafı üçün bələdiyyə müəssisələrinin yaradılmasının vacibliyi, həmin qurumlarla bələdiyyələrin münasibətləri, yerli büdcənin formalaşmasında mənfəət vergisinin rolu, hesablanması və yerli büdcəyə ödənilməsinə dair qanunvericiliyin tələbləri barədə izahlar edilib.

Həmçinin seminarda bələdiyyələrin yerli turizmin inkişafına töhfəsi, turizm layihələrinin tərtibi imkanları, bu layihələrdə iqtisadi davamlılıq, habelə qeyd olunan sahədə beynəlxalq təcrübə barədə əhatəli məruzə dinlənilib.

Müzakirə olunan mövzular, həmçinin bələdiyyələrin gündəlik fəaliyyətlərində rastlaşdıqları məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez