Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

Məlumat verildiyi kimi, Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Xatırladırıq ki, vakant ştat vahidləri əsasən cəzaçəkmə müəssisələrinin və   istintaq təcridxanalarının tibb xidmətlərindədir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən həkim-ftiziatr, həkim-rentgenoloq, həkim-terapevt, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, feldşer və tibb bacısı (qardaşı) ixtisaslı Azərbaycan Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Ərizə və sənədlər Tibb baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti 2; «Sahil» metro stansiyasının yaxınlığı) bütün iş günləri qəbul edilir.

Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı internet səhifələrində və telefonlar vasitəsilə əlavə məlumat almaq olar:

- Ədliyyə Nazirliyi üzrə  tel.: 538-01-62, 538-08-15;

- Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.

Arzu edənlərin müsabiqədə iştiraklarından məmnun olardıq.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez