11-04-2023 | 11:00 3384
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur.
Müsabiqə üzrə test imtahanından uğur qazanmış namizədlərlə ikinci mərhələdə cari ilin fevral-aprel aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.
Bu mərhələdə iştirak etmiş 54 namizəddən 25 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.
İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.
Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:
1. |
Abbasova Nailə Əflatun qızı |
2. |
Abdurəhmanov Raul Elman oğlu |
3. |
Cəfərova Bağdagül Səmid qızı |
4. |
Dəmirov Şadman Bəhman oğlu |
5. |
Əhmədova Sevinc Soltanhəmid qızı |
6. |
Ələkbərova Sona Aris qızı |
7. |
Əlizadə Gülər Ramiz qızı |
8. |
Ərşadlı Urşan Natiq oğlu |
9. |
Fərhadlı Tural Novruz oğlu |
10. |
Hacızadə Hacı Elşən oğlu |
11. |
Həsənli Cavid Qurban oğlu |
12. |
Həsənzadə Səkinə Əjdər qızı |
13. |
İsgəndərli Könül İmran qızı |
14. |
İsmayılov Orxan Hüseynəli oğlu |
15. |
İsmayılov Tunar Mehdi oğlu |
16. |
Kazımlı Mətin Rövşən oğlu |
17. |
Qurbanova Aytən Rafail qızı |
18. |
Qüdrətli Natəvan Vaqif qızı |
19. |
Məmmədov Yusif Hüseyn oğlu |
20. |
Məmmədova Turanə Telman qızı |
21. |
Nəcəfov Mərdəli Ziyatxan oğlu |
22. |
Novruzova Sevda Allahverdi qızı |
23. |
Paşazadə Paşa Sulduz oğlu |
24. |
Salayev Mirtehran Pənah oğlu |
25. |
Şükürlü Ləman İmanverdi qızı |
Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.
Ətraflı məlumatı nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).