17-04-2023 | 16:00 985
1. Kotirovka prosedurunda iştirak etmək istəyən malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra-Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq 100 (bir yüz) manat iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra ətraflı məlumatı, ”Kotirovka Sorğusunun Şərtləri”-ni (bundan sonra - KSŞ adlandırılacaq) əldə edə bilərlər.
- İştirak haqqı heç bir halda geri qaytarılmır.
2. Əlaqələndirici şəxs:
- Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük mütəxəssisi Qasımov Zaur Tofiq oğlu.
- Əlaqə telefonu (012) 404 42 03.
- E-mail qnb.mt@justice.gov.az .
Satınalma prosedurunun başlanması haqqında elan 17 aprel 2023-cü il tarixdə https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet saytında yerləşdiriləcəkdir.
Satınalma prosedurunda iştirak etmək üçün iddiaçılar aşağıda qeyd olunan sənədlərin əslinin skan olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər.
Təşkilati və hüquqi sənədlər:
● Nizamnamənin (dəyişiklik olunmuşdursa dəyişikliklə birlikdə) notariat qaydasında təsdiq olunmuş surəti;
- Sənəd PDF formatında Portala yerləşdirilməlidir. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir)
● Dövlət Reyestrindən çıxarışın (dəyişiklik olunmuşdursa dəyişikliklə birlikdə) notariat qaydasında təsdiq olunmuş surəti.
- Sənəd PDF formatında Portala yerləşdirilməlidir. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) .
● Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
- Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- Azərbaycan Respublikası Statistika Komitəsindən alınmalıdır. (cari tarixə qüvvədə olması mütləqdir). Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Bank rekvizitləri;
- Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir .
● Maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışın əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir . Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.
● İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının (mənfəət vergisi bəyannaməsi) surəti;
- Vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı (mənfəət vergisi bəyannaməsi) PDF formatında Portalda yerləşdirilməlidir .
İxtisas göstəricilərinə dair sənədlər:
● Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə ;
- arayış malgöndərənin uçotda olduğu vergi orqanından rəsmi blankda 01.04.2023-cü il tarixdən sonra alınmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) . Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
● Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki imkanları və işçi qüvvəsi haqqında məlumat;
- müvafiq sahədə iş təcrübəsinin olması, bağladığı müqavilələr (sifarişçinin adı qeyd edilməklə predmeti və məbləği göstərilməlidir), maddi-texniki bazası və işçilər haqqında məlumatlar arayış formasında rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir.
● Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
- imza səlahiyyətinə dair rəsmi sənəd (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə və ya təsisçilərin yığıncağının qərarı) sənədlərin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
● Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında edilməməsi haqqında arayış;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır.
Arayış 01.01.2023-cü il tarixdən sonra alınmalıdır və həmin sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında ;
- Malgöndərənin uçotda olduğu vergi orqanından rəsmi blankda 01.01.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) .
Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- Malgöndərənin uçotda olduğu vergi orqanından rəsmi blankda 01.01.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) .
Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyata alınması barədə Dövlət Reyestrindən çıxarış;
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sənədin notariat qaydasında təsdiq olunmuş surəti. Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Uyğunluq sertifikatı;
- Qanunvericiliyə uyğun alınmış sənədin notariat qaydasında təsdiq olunmuş surəti.
Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
● Baktereoloji testlərin nəticələri;
- Qanunvericiliyə uyğun alınmış sənədin notariat qaydasında təsdiq olunmuş surəti.
Sənəd PDF formatında Portala yerləşdirilməlidir.
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat kotirovka sorğusunda iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Qiymət təklifi;
- Qiymət təklifi malların və işlərin dəyəri ilə yanaşı digər xərclər (əmək haqqı, ezamiyyə, bütün vergi, rüsumlar, digər məcburi ödəmələr, nəqliyyat və sığorta xərcləri) daxil olmaqla kotirovka təklifini tam şəkildə əhatə etməlidir. Qiymət təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.
Malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları və təşkilatı hüquqi sənədlər 04 may 2023-cü il saat 18:00–a qədər, Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 05 may 2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.
Tender komissiyası