18-04-2023 | 16:00 458
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satın almalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını “Asan ödəniş” vasitəsi ilə həmin Portalın operatoruna ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin“Əsas Şərtlər Toplusu”-nu (bundan sonra ƏŞT) Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlərin əslini skan
olunaraq PDF formatında Portal vasitəsilə təqdim etməlidirlər:
Təşkilati və hüquqi sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
- İ ddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının ( əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) , nizamnaməsinin ( əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial qaydada təsdiq edilmiş s u rəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir . (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) .
2. Bank rekvizitlər;
- Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir .
3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış;
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təsdiq edilmiş arayışın əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir . Sənəd elanın yerləşdirildiyi tarixdən sonra alınmalıdır.
4. İddiaçının son bir ildəki (2022-ci il) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının (mənfəət vergisinin bəyannaməsinin) surəti;
- Vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı (mənfəət vergisi bəyannaməsi) PDF formatında Portalda yerləşdirilməlidir .
5. İddiaçının mikro, kiçik orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;
- AR Statistika Komitəsindən alınmalıdır və cari tarixə qüvvədə olması mütləqdir.
Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
İxtisas göstəricilərinə dair sənədlər:
1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
-Arayış malgöndərənin uçotda olduğu vergi orqanından rəsmi blankda 01.04.2023-cü il tarixdən sonra alınmalıdır. Arayış elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır. (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) . Sənədin əsli PDF formatda Portala əlavə edilməlidir.
2. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İmza səlahiyyətinə dair rəsmi sənəd (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə və ya təsisçilərin yığıncağının qərarı) sənədlərin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.
3. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması haqqında məlumat;
- Müvafiq sahədə iş təcrübəsi, bağladığı müqavilələr ( sifarişçinin adı qeyd edilməklə predmet və məbləğ göstərilməlidir ) məlumatlar arayış formasında rəsmi blankda imzalanıb möhürlənərək PDF formatında Portala yerləşdirilməlidir.
4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır.
Arayış 01.01.2023-cü il tarixdən sonra alınmalıdır və sənəd PDF formatında Portala yerləşdirilməlidir.
5. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;
- Müvafiq orqan (Dövlət Vergi Xidməti və ya Ədliyyə Nazirliyin İcra və Probasiya şöbələri) tərəfindən rəsmi blankda 01.01.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) . Sənəd PDF formatda Portala əlavə edilməlidir.
6. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- Müvafiq orqan tərəfindən rəsmi blankda 01.01.2023-cü il tarixdən sonra alınmalıdır. Məktub elektron formada əldə olunduğu zaman həmin sənəd notariat qaydasında təsdiq olunmalıdır (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir) . Sənəd PDF formatda Portala əlavə edilməlidir.
●.Tender təklifi;
- tender təklifi bütün vergi, rüsumlar, digər məcburi ödəmələr və sığorta xərcləri daxil olmaqla tender predmetini tam şəkildə əhatə etməlidir. Portalda iş həcmləri cədvəlindəki (bundan sonra İHC) siyahı üzrə qiymətlər yazılmalıdır. Satınalma predmeti üzrə İHC-i Portala yüklənməklə yanaşı tender təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Tender təklifinin qüvvədə olma müddəti zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.
●.Tender təklifinin təminatı;
- tender təklifin dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı müəyyən olunur. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 15.05.2023-cü il saat 10:00–a qədər, tender təklifi və bank təminatını isə 23.05.2023-cü-il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24.05.2023-cü il saat 10:00-da Portal vasitəsilə açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.