10-05-2023 | 20:18 600
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 12-də Tərtər rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Tərtər, Ağdam və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Heydər Əliyev prospekti 110, (2020) 5-43-07, (070) 738-17-19), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (099) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.