IMAGE

Qəbiristanlıqların qorunması və saxlanılması sahəsində bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması mövzusunda tədbir keçirilib

Ölkəmizin siyasi-iqtisadi inkişafı, insanların sosial rifahının yaxşılaşması bələdiyyələrin də fəaliyyətində özünü biruzə verir. İnsanların gündəlik, təxirəsalınmaz tələbatlarının yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin fəaliyyətinin genişlənməsinə zəmin yaratmaqla bərabər, həm də onların üzərinə böyük vəzifələr qoyur. Xüsusilə əhalinin sosial qayğılarının həlli məqsədilə bələdiyyənin göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması üçün Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə müvafiq maarifləndirmə işi aparılır, görüşlər təşkil olunur.

May ayının 12-də Bələdiyyələrlə iş mərkəzində Bakı bələdiyyələrinin iştirakı ilə qəbiristanlıqların vəziyyəti, orada aparılan bərpa, abadlıq-quruculuq işləri, eləcə də mövcud problemlərlə bağlı müşavirə keçirilib.

Tədbirdə qəbiristanlıqlar təhvil alındıqdan sonra bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qəbiristanlıqların müdiriyyətinin təşkili və qəbiristanlıqların qorunması ilə bağlı vəzifələrinin icrası üzrə görülən işlər müzakirə edilib.

Müşavirədə iştirak edən bir sıra bələdiyyələr tərəfindən qəbiristanlıqların vəziyyətinin yaxşılaşdırılmasının mütəmadi diqqət mərkəzində saxlanıldığı, o cümlədən abadlaşdırma və təmizlənmə işlərinin aparıldığı, su xəttinin çəkildiyi və kanalizasiya sisteminin qurulduğu, eləcə də gecə kameralarının quraşdırıldığı vurğulanıb.

Mərkəz tərəfindən bu sahədə əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, eyni zamanda qəbiristanlıqlarda təmizliyə riayət edilməməsi və abadlıq işlərinin aparılmaması ilə bağlı problemlərin aradan qaldırılması, qəbirüstü abidələrin mühafizəsinin təmin edilməsi ilə bağlı səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda qəbiristanlıqların qorunması və saxlanılması sahəsində görülən işlərə həssaslıqla yanaşıldığı nəzərə alınaraq bu sahədə qanunvericiliyin tələblərinin gözlənilməsi, eləcə də qəbiristanlığın qorunması üzrə qəbiristanlıq müdiriyyəti tərəfindən vəzifə öhdəliklərinin tam yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi bələdiyyələrə tövsiyə olunub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez