IMAGE

Ədliyyə naziri Türk həmkarına təbrik məktubu göndərib

Ədliyyə naziri Fikrət Məmmədov dost və qardaş Türkiyə Respublikasında keçirilmiş növbəti prezident seçkilərində Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyətli qələbə qazanaraq yenidən bu vəzifəyə seçilməsi münasibətilə Türkiyənin ədliyyə naziri Bekir Bozdağa təbrik məktubu göndərib.

Məktubda qeyd olunur ki, cənab R.T.Ərdoğanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk təbrik etməsi sarsılmaz dostluq və qardaşlığımızın daha bir təcəssümüdür.

Böyük həyəcan və coşqu ilə izlədiyimiz tam demokratik şəraitdə keçirilən seçkilərdə müdriklik nümayiş etdirən Türk xalqı davamlı tərəqqiyə və əmin amanlığa səs verdi. Prezident Ərdoğanın zəfər çıxışında qeyd etdiyi kimi, bu seçkilərdən “qazanan Türkiyə oldu”.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş Türkiyənin bundan sonra da uğurla inkişaf edəcəyinə, "bir millət, iki dövlət" və "bir yumruq" prinsipləri əsasında bir-birinə sıx bağlı olan ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

iacca
iap
business ready
eplc
Ən Tez