31-05-2023 | 20:00 547
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 2-də Qazax rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Heydər Əliyev prospekti 2, (02230) 5-48-81, (055) 993-20-25), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (099) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.