05-06-2023 | 16:00 189
Ədliyyə naziri Fikrət Məmmədov dost və qardaş Türkiyənin ədliyyə naziri Yılmaz Tunça bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.
Məktubda Y.Tunçun Türkiyədə keçirilmiş növbəti prezident seçkilərində inamlı qələbə qazanan Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gündən-günə qüdrətlənən qardaş ölkənin ədliyyə sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.
Bildirilib ki, bu gün qədim köklərə əsaslanan Azərbaycan-Türkiyə birliyinin dövlət başçıları cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə ucalması ilə əlamətdardır.
Nazir bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də əlaqələrimizin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib, Türk həmkarına yeni fəaliyyətində uğurlar arzulayıb, ədliyyə naziri Y.Tunçu Azərbaycana səfərə dəvət edib.