Notariat fəaliyyəti ilə məşgul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır

Əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində notariuslar korpusunun komplektləşdirilməsi üzrə ardıcıl işlər davam etdirilir.

Bununla bağlı Gəncə, Sumqayıt şəhərləri, İmişli, Salyan, Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində, habelə göstərilən inzibati ərazi vahidlərində və eyni zamanda Naftalan şəhəri, Cəbrayıl, Cəlilabad, Xocalı, Xocavənd, Xızı, Kəlbəcər, Qazax, Qəbələ, Qubadlı, Laçın, Lerik, Tovuz, Yardımlı, Zəngilan, Zərdab rayonlarında notarius vəzifələrində fəaliyyət göstərmək istəyən qanunvericiliyin tələblərinə cavab verən hüquqşünaslar cari ilin may ayında elan olunmuş müsabiqədə iştirak etməyə dəvət olunublar. Namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

Bildirilir ki, müsabiqə üzrə test imtahanının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar ərizələrin qəbulunun iyul ayının 18-də başa çatdırılması qərara alınıb.

“Notariat haqqında” Qanuna əsasən namizədlər tərəfindən təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaqdır.

Qeyd edilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyası tərəfindən xüsusi hazırlıq kursları təşkil ediləcəkdir.

Test imtahanının, həmçinin hazırlıq kursunun vaxtı və yeri barədə məlumat veriləcəkdir.

Əlavə informasiyanı nazirliyin internet saytından ( www.justice.gov.az), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez