25-06-2023 | 12:39 703
Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi tədbirləri davam etdirilir.
Bununla əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları açıq müsabiqədə iştirak etmək üçün dəvət olunur.
Bildirilir ki, vakant ştat vahidləri tibb xidmətinin penitensiar müəssisələrdəki qurumlarında olmaqla aşağıdakı ixtisaslar üzrədir:
Ali tibb təhsili üzrə
- terapevt,
- travmatoloq,
- cərrah,
- psixiatr,
- nevropatoloq,
- otolarinqoloq,
- anestezioloq-reanimatoloq,
- həkim-laborant,
Orta tibbi ixtisas təhsili üzrə
- feldşer,
- laborant,
- tibb bacısı (qardaşı).
Müsabiqədə iştirak etmək üçün sənədlər Ədliyyə Nazirliyi Tibb baş idarəsinin inzibati binasında ( Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 16 və 18) qəbul olunur. Həmçinin müraciətlər elektron poçt ünvanı (medical.department@justice.gov.az ) vasitəsilə də edilə bilər.
Əlavə məlumatları (012) 493-30-91 və (012) 493-06-50 nömrəli telefonlara zəng etməklə əldə etmək mümkündür.