Ədliyyə naziri Xızı rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyulun 6-da Xızı rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 64, əlaqə telefonu: (018) 642-44-11, (055) 634-73-89), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez