23-06-2023 | 16:50 137
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesin müflisləşməsi” işçi qrupunun 23 iyun 2023-cü il tarixində saat 11:00-da video-konfrans formatında keçirilən iclasında işçi qrupun yeni rəhbərinin təqdimi və işçi qrupun qarşısında duran vəzifələrin dinlənilməsi və müzakirəsi həyata keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Bakı Apellyasiya Məhkəməsinin, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri, o cümlədən beynəlxalq ekspert Carsten Mahnke iştirak ediblər.
İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən Dünya Bankının İqtisadi İnkişafın Qlobal İndikatorlar Qrupunun “Business Ready (B-Ready)” layihəsi barədə yeniliklər (yeni layihə üzrə konseptual yanaşmanın təqdimi, yeni layihənin detallarının və indikatorlar üzrə metodologiyanın izah olunması) və qarşıda gözlənilən tədbirlər barədə məlumatlar təqdim edilmişdir.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, Yol Xəritəsində müəyyən olunmuş müddətlər çərçivəsində tədbirlərin icrası məqsədilə beynəlxalq ekspertlərin cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb.