IMAGE

Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğıları diqqət mərkəzindədir

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə keçirilən və vətəndaşlar tərəfindən minnətdarlıqla qarşılanan növbəti səyyar qəbul Ədliyyə Nazirliyi tərəfindən Xızı rayonunda təşkil edilib.

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən keçirilən qəbulda Xızı, Siyəzən, Şabran və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Sonra vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Səfər çərçivəsində yerli ədliyyə orqanlarına və məhkəməyə baş çəkən nazir ədliyyə işçiləri və hakimlərin iş şəraiti ilə də tanış olub, onlarla görüşərək bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından danışıb, qarşıda duran vəzifələri diqqətə çatdıraraq işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Xızı Rayon Məhkəməsinin sabiq əməkdaşı, Vətən uğrunda döyüşlərdə fədakarcasına iştirak edərək iki gözündən əlil olmuş Kamran Baxşizadə igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölkə Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə", habelə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib, özü və ailəsi yüksək dövlət qayğısı ilə əhatə olunub.

Ədliyyə Nazirliyi tərəfindən də K.Baxşizadənin qayğıları, o cümlədən lazmi tibbi yardımın göstərilməsi məsələləri daim nəzarətdə saxlanılır, mütəmadi zəruri köməklik edilir.

Nazir F.Məmmədov Xızıda olarkən K.Baxşizadənin evini ziyarət edib, onunla və ailə üzvləri ilə söhbət edərək qayğıları ilə maraqlanıb. Nazirlik tərəfindən ona diqqət göstərilərək aidiyyəti məsul işçilərə əlavə tapşırıqlar verilib.

K.Baxşizadə və valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez