21-07-2023 | 09:08 382
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının (www.etender.gov.az) vahid internet portalına elektron qaydada daxil olsunlar və satınalma proseduru haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender proseduru Qanunun tələblərinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba “ASAN Ödəniş” sistemi vasitəsi ilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron qaydada adı çəkilən tender bölməsində əldə edə bilərlər.
Əlaqələndirici şəxs: Mənsumə Hüseynova, telefon: 537-11-52
İştirak haqqı: - 250 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşаğıdakı təşkilati və hüquqi sənədləri (rəsmi blanklarda, möhürlə təsdiq edilmiş qaydada) Portal vasitəsilə təqdim etməlidirlər:
- Vergilər Nazirliyi tərəfindən iddiaçının işçilərinin sayını, əmlakını, maliyyə vəziyyətini təsdiq edən rəsmi arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə rəsmi arayış;
- iddiaçının son 3 il ərzində analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;
- yerinə yetiriləcək təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifi Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 10.08.2023-cü il saat 11.00-a qədər, tender təklifi ilə bank təminatını isə 18.08.2023-cü il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.08.2023-cü il saat 11.00-da elektron Portal vasitəsilə açılacaqdır.
İddiaçılar müsabiqənin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Ədliyyə Nazirliyinin Tender Komissiyası