IMAGE

Qarabağ və Şərqi Zəngəzurda səyyar ədliyyə xidmətləri təşkil edilib

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda daimi məskunlaşmanın təmin olunması məqsədilə  Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyalar tətbiq olunmaqla hüquqi xidmətlərin göstərilməsi davam etdirilir.

İyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan - Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez