E L A N

Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin 2013-cü il martın 1-də başa catması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Qeyd olunan proses Komitənin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T nömrəli Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən həyata keçirilir və tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

Bununla əlaqədar müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə respublika Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Əlavə məlumat əldə etmək üçün 510-52-83 nömrəli telefonla əlaqə saxlamaq olar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez