Ədliyyə naziri gürcüstanlı həmkarına başsağlığı verib

Ədliyyə naziri Fikrət Məmmədov Şovi kurort bölgəsində baş vermiş təbii fəlakətin acı nəticələri ilə bağlı Gürcüstanın ədliyyə naziri Rati Breqadzeyə başsağlığı məktubu göndərib.

Məktubda Şovi kurort bölgəsində baş vermiş təbii fəlakət nəticəsində artan insan tələfatının və irimiqyaslı dağıntıların son dərəcədə kədərlə qarşılandığı ifadə olunub.

Nazir faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez